"Münaqişə" və
"Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur.
İnternet resursunun məzmunu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə yenilənəcəkdir.
Dilbər guşəmiz olan Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcəkdir.
Fürsətdən istifadə edərək, Qarabağ Dirçəliş Fondu adından bu internet resursunun yaradılmasının təşəbbüskarı olan möhtərəm Mehriban xanım Əliyevaya göstərdiyi etimada görə dərin minnətdarlığımızı bildirmək istərdik.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərin böyük bazasına çıxış təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) də minnətdarlığımızı bildiririk.
Nəzərinizə çatdıraq ki, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin (AZTV) bu yaxınlarda dağılmış obyektlərin havadan çəkilmiş videokadrları da tezliklə sayta yüklənəcək. Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyasının müəyyən edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edən həmin videokadrları bizə təqdim etdiyi üçün sözügedən telekanala təşəkkürümüzü bildiririk.
Sonda qeyd edim ki, bu internet resursu heç şübhəsiz ki, həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim
"Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspert icmasının nümayəndələrinin diqqətini cəlb edəcəkdir.
Sonda Azərbaycan xalqının şüarına çevrilən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözlərindən sitat gətirmək istərdim: "Qarabağ Azərbaycandır!"
Hörmətlə,
Rəhman Hacıyev
Qarabağ Dirçəliş Fondunun
İdarə Heyətinin Sədri