Yekun olaraq, 1987-ci ilin yekunlarına əsasən dərc edilmiş bir sıra göstəricilərin yer aldığı kiçik bir cədvəl təqdim edirik. Göründüyü kimi, DQMV-də sənayenin adambaşına düşən Ümumi Daxili Məhsulu 1439 rubl təşkil edirdi.
Bu, bütün Azərbaycan üzrə orta göstəricilərdən aşağıdır, lakin neftlə zəngin olan Bakını nəzərə almasaq, göstəricilər demək olar ki bərabər olacaqdır. Digər tərəfdən, DQMV-nin bir sıra digər göstəricilərə görə hətta ölkə üzrə orta göstəricilərdən də yüksək olduğunu (bəziləri üzrə təkcə Bakıdan geri qalırdı) görmək olar.
Əlbəttə, bu o demək deyil ki, DQMV iqtisadiyyatının strukturunda problem yox idi. Azərbaycanın bütün iqtisadi strukturunda da problemlər var idi. DQMV-də olduğu kimi, bütün Azərbaycanda da şərabçılıq iqtisadiyyatın ən mühüm sahəsi və dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli tərkib hissəsi idi. Bu sahə isə, artıq qeyd olunduğu kimi, 80-ci illərin sonunda çox böyük zərər görmüşdü.
Sənayenin idarə edilməsi heç də ən səmərəli üsul deyildi və müvafiq olaraq, vəsait bölgüsü də qeyri-bərabər idi (bəziləri ittifaqa, bəziləri isə respublikaya tabe idi və vəsait bölgüsü də müxtəlif səviyyələrdə həyata keçirilirdi). Bütün bunlar həm respublikanın, həm də ayrı-ayrı regionların iqtisadiyyatında müəyyən problemlərə gətirib çıxarırdı.
Ədəbiyyat siyahısı
1. Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) (1918-1920). Qanunvericilik aktları. Sənədlər toplusu. Bakı. 1998.
2. Əlizadə A. Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı: 1955-1970. Tarixi-sosioloji tədqiqat. Bakı. 2020.
3. Versiyalar və səbəblər. Xalq deputatlarının qurultayından sonrakı qeydlər. "Azərbaycan kommunisti"jurnalı, 1989, №7.
4. Ümumittifaq əhalininsiyahıya alınması, 1989-cu il. CİLD 1. HİSSƏ 1. Cədvəl 3. İttifaq respublikalarının, muxtar respublikaların, muxtar vilayətlərin və dairələrin, diyarların, vilayətlərin, rayonların, şəhər tipli yaşayış məskənlərinin və rayon mərkəzlərinin faktiki əhalisinin sayı.
5. "Bakinski Raboçi" qəzeti, 9 iyul 1923-cü il, № 151.
6. Quryov A. Vahid kənd təsərrüfatı vergisi. SSRİ Xalq Təsərrüfatı 1923-1924-cü illərdə. IV İllik İqtisadi-Statistika Hesabatı. 1924.
7. Sovet Dağlıq Qarabağının 40 il ərzində əldə etdiyi nailiyyətlər rəqəmlərdə. Statistik məcmuə. Stepanakert. 1963.
8. Zaqafqaziya. Statistik-iqtisadi məcmuə. Tiflis. 1925.
9. Dağlıq Qarabağ münaqişəsi. Məqalələr toplusu. Bakı. 1990.
10. Köçəryan Q.A. Dağlıq Qarabağ. Bakı. 1925
11. Məlik-Şahnəzərov A. Dağlıq Qarabağ: faktlar yalanlara qarşı. Moskva. 2009.
12. Mirzoyan B.S. Dağlıq Qarabağ (Statistikaya dair düşüncələr). Ermənistan SSR Elmlər Akademiyasının İctimai elmlər bülleteni. 1988. №7, səh. 43-56.
13. Dağlıq Qarabağ Sovet hakimiyyəti illərində. Qısa statistik məlumat kitabçası. Stepanakert. 1969.
14. Azərbaycan SSR Xalq Təsərrüfatı 1988-ci ildə. İllik statistik hesabat. Bakı. 1990.
15. 1925 və 1926-cı illərdə hökumətin fəaliyyətinə baxış. V Ümumazərbaycan Sovetlər qurultayına dair hesabat. Bakı. 1927.
16. 1927 və 1928-ci illərdə hökumətin fəaliyyətinə baxış. VI Ümumazərbaycan Sovetlər qurultayına dair hesabat. Bakı. 1929.
17. 1929 və 1930-cu illərdə hökumətin fəaliyyətinə baxış. VII Ümumazərbaycan Sovetlər qurultayına dair hesabat. Bakı. 1931.
18. Yelizavetpol quberniyasının xatirə kitabı. Tiflis. 1914.
19. Pompeyev Y. Qarabağ qan içində. Bakı. 1992.
20. Səmədzadə Z. Dağlıq Qarabağ: naməlum həqiqətlər. Bakı. 1995.
21. Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr. Qəzet səhifələrinə əsasən. Bakı. 1989.
22. SSRİ və ittifaq respublikaları 1988-ci ildə. Moskva. 1989.
23. İmanov R.С. Azərbaycanın ərazi bütövlüyünə qəsd – qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti. Bakı. 2005.
24. Məmmədov N. Azərbaycan SSR Dağlıq Qarabağ bölgəsinin şəhər və rayonlarının tarixi. XX əsrin 20-90-ci illəri. Bakı. 2010
25. Məmmədov N. Azərbaycanın Xankəndi şəhərinin tarixi. Bakı. 2011.
26. Məmmədov N. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində ictimai-siyasi həyat, iqtisadi və mədəni inkişaf (1923-1991). Bakı. 2008.